AZ

ARDNF-dən büdcəyə transfertlər 13 %-dən çox artırılır

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği ilkin variantla müqayisədə 1,7 milyard manat çox - 14 milyard 481 milyon manat nəzərdə tutulub.

"Cebheinfo.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,3 % çoxdur.

ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,8 %-i qədərdir. Bu isə 0,9 faiz bəndi çoxdur.

"Cebheinfo.az"

Seçilən
49
2
cebheinfo.az

6Mənbələr