AZ

Bakıda güclü yağış iki can aldı- BOĞULUB ÖLDÜLƏR

Bölgələrə və paytaxt Bakıya yağan aramsız yağış ziyansız ötüşməyib.
Bolgə.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
"Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.
***
Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
***
FHN Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir
Seçilən
14
1
bolge.tv

2Mənbələr