Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında partlayış baş verib.
Bolgə.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Binaya yaxın ərazidə silah səslərinin eşidildiyi və kamikadzenin olduğu iddia edilib.
***
Türkiyə daxili işlər naziri Əli Yerlikaya X hesabında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu açıqlayıb.
***
TUSAŞ qarşısında atışma davam edir.
***
Terror aktının olduğu TUSAŞ-ın binasında daha bir partlayış baş verib.
***
Terrorçuların insanları girov götürdüyü ehtimal olunur, 9 nəfər həlak olub.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, 3 terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə daxil olub.