AZ

Qərbin təzyiqləri fonunda sülh prosesi: Vaşinqton niyə tələsir?

Qərbin

Ötən günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenib Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkəmizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunluq ifadə etməsi günün aktual mövzularından birinə çevrilib. Bayden qeyd edib: "Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır... Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm….”.

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.

Poitoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə deyib ki, ABŞ Azərbaycanla son günlər davam edən siyasi böhrana son qoymaq və Ermənistanla sülh müqaviləsini COP29 kimi imzalanmasını Vaşinqtonun mesajını çatdırıb.

O, vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistanla sülh müqaviləsinin razılaşdırılmış bəndlər üzrə imzalanmasında maraqlıdır: "Prezident İlham Əliyev ABŞ rəsmisi ilə görüşündə Ermənistan Konustitusiyanın sülh müqaviləsində əsas əngəl olduğunu vurğuladı. Çünki, Ermənistan konustitusiyası və qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Prezident Karpenterə COP29 kimi "Aralıq sülh" müqaviləsi olmayacağı mesajını verərək, nöqtəni qoymuş oldu.

Demək olar ki, ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq. Ümumiyyətlə, Vaşinqtonla Bakı arasında siyasi böhran məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqlarda Bakının prinsipial mövqeyindən irəli gəlir"

Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, ABŞ Prezidenti Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun mətnindən aydın olur ki, Ağ Ev ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir.

O, Baydenin COP29 yazarkən, paralel olaraq Amerikadakı prezident seçkilərini düşündüyü bildirib: “Ağ Ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücüylə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu Kamala Harrisin xanasına yazılacaq. Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var: Cozef Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi Maykl Karpenterin İrəvanda Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi çıxarmağa inandırmalıdır... Ağ Ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür, əks halda erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək”.

Siyasi ekspert Əkrəm Bəydəmirlinin fikrincə, bu gün dünyada Ermənistan sülh göyərçini rolunu Paşinyanın rejissorluğu ilə ifa etməkdədir. Təbii ki, Cənubi Qafqaz kimi, bir həssas bölgəyə sülh mütləq lazımdır. Amma, lakin Paşinyanın sülh imitasiyası çox təhlükəli perspektivlərdən xəbər verir. Bəs, bu gün sülh müqaviləsində problem nədən qaynaqlanır?

O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır: "Bu gün Ermənistan isə öz Konstitusiyasında düzəliş edib bu qondarma iddiaları ortadan qaldırmayıb. Belə bir şəraitdə hansı böyük sülh müqaviləsindən danışmaq olar. Çox maraqlı və təəccüblüdür ki, imitasiya xarakterli Paşinyanın sülh xoruna Qərbin siyasi dairələri də qoşulub. Bu sülh danışıqlarına və müqavilənin imzalanmasına hər bir qüvvə öz maraqları prizmasından yanaşır. Kifayət qədər hiyləgər və situativ siyasətçi olan N. Paşinyanın vaxt qazanmaq, gələcəkdə vəziyyətin dəyişəcəyinə ümidlənmək və s. istiqamətdə planlar qurduğunu müşahidə etmək olar. Şeytan detallarda gizlənib.

Qərbin bəzi siyasi dairələrinin davranışlarına diqqət etdikdə, bu qənaətə gəlmək olar ki, Cənubi Qafqazı bu qüvvələr sakit buraxmaq fikrində deyillər».

Cavid

Seçilən
71
50
xalqcebhesi.az

10Mənbələr