Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRİKS+” formatının ilk plenar iclası keçirilib.
Bolgə.TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə XVI BRİKS Sammitinin “Outreach”/“BRİKS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdirdilər.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış etdi.