Elsevər Paşayev Vətən torpağını düşmən tapdağından azad etmək üçün göstərdiyi şücaəti ilə xalqımızın qəlbində əbədi yer almış, ölməz qəhrəmanlıq rəmzinə çevrilmişdir. Onun şücaəti gənc nəsillər üçün ilham mənbəyidir və xatirəsi daim yaşadılacaqdır.
Bu əlamətdar gün münasibətilə, Azərbaycan Respublikasının Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, filial üzvləri və deputat köməkçisi Rəşad Quliyev II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edərək, ruhuna dualar oxumuşlar. Məzar üzərinə qərənfillər qoyularaq, şəhidimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad edilmişdir.
Vətənimizin qəhrəman övladları olan şəhidlərimizin xatirəsini unutmamaq və onları gələcək nəsillərə tanıtmaq hər birimizin borcudur. Elsevər Paşayev kimi igidlərimizin canı və qanı bahasına əldə etdiyimiz bu qürur hissi xalqımızın azadlıq eşqi ilə dolu ürəklərində daim yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!