İsrail döyüş təyyarələri İranın strateji hərbi obyektlərini vurub.
Ölkə.Az Kanal12 telekanalına istinadən xəbər verir ki, hədəflər arasında raket, o cümlədən pilotsuz uçuş aparatlarının inkişaf etdirilməsi və istehsal müəssisələri və ballistik raket buraxılış bazalarının olduğu bildirilib.
İsrail təyyarələri İranın hava hücumundan müdafiə sistemindən yayınaraq İran hava məkanında sərbəst hərəkət edə bilməsi üçün aldadıcı taktiki addımlara əl atıb.
Bunun nəticəsində İsrail təyyarələri İranda Tehran, Xuzistan və İlam əyalətlərindəki bəzi hərbi məntəqələri hədəf alaraq zərbələr endirib.
İran Hava Hücumundan Müdafiə Qərargahından verilən yazılı açıqlamada İsrailin İran rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi məntəqələrə hücum etdiyi bildirilib.
Mürtəza
Ölkə.Az