AZ

Gürcüstanda seçkisi: hakimiyyət qalib gəldiyini, müxalifət saxtakarlıq edildiyini deyir

Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası şənbə günü keçirilmiş parlament seçkisinin qalibi olduğunu deyir. İlkin nəticələrə görə, partiya 54 faiz səs toplayıb.

Müxalifət iddia edir ki, seçki saxtalaşdırılıb və nəticələri qəbul etmir.

“Gürcü Arzusu” partiyasının lideri və Baş nazir İrakli Kobaxidze müxalifətin “fırıldaqçılıq” iddialarını rədd edib.

İrakli Kobaxidze BBC-yə deyib ki, “hər ölkədə qanun pozuntuları müşahidə olunur, lakin bu, seçkinin nəticələrinə təsir etmir”.

Seçki zamanı zorakılıq hallarının olması ilə bağlı iddialarla bağlı o deyib ki, "bəzi hadisələr baş verib".

Qərbyönlü Gürcüstan Prezidenti Salome Zurabişvili isə "seçkilərin nəticələrinin dəyişdirildiyini" iddia edərək, parlament qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

Bu nəticə Rusiya ilə münasibətləri dərinləşdirmək istəyən hakimiyyətlə Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirmək istəyən müxalifət arasında seçim kimi təqdim edən qərbyönlü gürcülərə zərbə kimi qiymətləndirilir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri həm seçki günü, həm də xüsusilə təşviqat kampaniyası dövründə çoxsaylı qanun pozuntularını qeyd ediblər.

Təşkilat həmçinin bəyan edib ki, seçki öncəsi "qeyri-bərabər imkanlar səsvermənin nəticələrinə və onun ədalətliliyinə inamı sarsıdıb".

 irakli kobakhidze
Seçilən
84
bbc.com

1Mənbələr