AZ

Minimum qiymət bazar iqtisadiyyatına, istehlak bazarına müdaxilə deyil – Komitə sədri

Bakı. Trend:

Minimum qiymət bazar iqtisadiyyatına, istehlak bazarına müdaxilədeyil. Burada dövlət qiymət müəyyənləşdirmir. Həmçinin, bazarprinsiplərinə müdaxilə olunmur. Hər bir məhsulun qiyməti mayadəyərindən formalaşır.

Trend xəbərverir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasındaparlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininsədri, deputat Azər Əmiraslanov “İstehlakçıların hüquqlarınınmüdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsizamanı deyib.

Komitə sədri bildirib ki, bazarda 2-3 manata araq məhsullarısatılır:

"Halbuki 1 litr araq üçün dövlət tərəfindən müəyyən edilmişaksiz vergisi 4,8 manatdır. Necə ola bilər ki, 4,8 manatlıq aksizvergisi olan məhsul bazarda 2 manata satılır. Burada vergidənyayınma halı var. Minimum qiymətdə 4,8 manat müəyyən edilmiş olur.Qiymət və keyfiyyət arasında əlaqə bununla bağlıdır".

Seçilən
40
6
az.trend.az

9Mənbələr