AZ

İlham Əliyev niyə Donald Trump-ın qazanmasını istəyərdi?

Məqalə barədə məlumatMüəllif, Fərid HəsənovVəzifə, BBC Azərbaycanca

ABŞ noyabrın 5-də prezident seçkilərinə hazırlaşır.

Amerikalılar Demokrat Kamala Harris və Azərbaycanda daha yaxşı tanınan Respublikaçı Donald Trump arasında seçim etməli olacaqlar.

Lakin ABŞ-da kimin qalib gəlməsi, təkcə amerikalılar üçün deyil, bir çox digər dövlətlər, o cümlədən Azərbaycan hökuməti üçün də əhəmiyyətlidir.

Bəs Prezident İlham Əliyev kimin qazanmasını istəyərdi? Çox güman ki, Trump-ın. Bəs niyə? Səbəblərinə baxaq.

Əliyevdən Trump-a tərif

Prezident İlham Əliyev bu yaxınlarda bu suala “siyasi mədəniyyət anlayışı” baxımından birbaşa cavab verməyin “doğru olmadığını” bildirsə də, o, Trump-ı mədh edən sözləri ilə onun qalib gəlməsini istədiyini gizlətmədi.

Bu ilin iyulunda Şuşada keçirilən bir tədbirdə sualları cavablandırarkən Əliyev deyib ki, ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi “bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir”.

O, bir çox xalqların və ölkələrin gələcək taleyinin “böyük dərəcədə” ABŞ-ın “birinci şəxsinin verəcəyi qərarlardan asılı olacağını” qeyd edib.

“Mənim fikrimcə, Prezident Trump-ın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”, - İlham Əliyev deyib.

Azərbaycandan ABŞ-a birbaşa zəng

Donald Trump ilk ABŞ Prezidentidir ki, o bu posta 2016-cı ildə seçildikdən sonra İlham Əliyev birbaşa telefonla zəng edərək təbriklərini çatdırıb.

ABŞ-da bu son prezident seçkisi ərəfəsində İlham Əliyevin Donald Trump-a üstünlük verdiyini göstərən digər bir məqam isə Azərbaycan Prezidentinin bu il iyulun 14-də X sosial media hesabında paylaşdığı statusdur.

Belə ki, Donald Trump-a qarşı sui-qəsdi pisləyən və bunu “siyasi zorakılıq” adlandıran İlham Əliyev Donald Trump-ı iki dəfə “ABŞ Prezidenti” adlandırıb.

Əliyevin statusunda hər iki halda “keçmiş” sözünü işlətməməsi diqqət çəkib. Bu, sosial mediada bir trenddir, Trump-a loyal olanlar və onun ideologiyasını dəstəkləyənlər onu hələ də Mr. President - Cənab Prezident olaraq çağırırlar.

Paylaşımını ötürün TwitterTwitter məzmununa icazə varmı?

Bu məqalədə Twitter məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Twitter kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Qəbul edin və davam edinXəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu Twitter

Məzmun mövcud deyil

Daha çoxu üçün TwitterBBC kənar saytların məzmununa məsul deyil.

Prezident İlham Əliyevin Trump-a rəğbətinin səbəblərinə baxanda, onların hər ikisinin bənzər dəyər və prinsiplərinə dəlalət edə biləcək biznes keçmişi yada düşür.

Ancaq ən mühüm amillərdən biri 2020-ci ildə Azərbaycanın torpaqlarını geri almaq üçün başlatdığı 2-ci Qarabağ müharibəsində Trump-ın erməni lobbisini qəzəbləndirən susqun mövqeyi idi. Ermənistanı fəal şəkildə dəstəkləyən Fransa hökumətindən fərqli olaraq, Ağ Evdən Azərbaycanla bağlı sərt bəyanatlar səslənmirdi. Bu, həm də Trump prezidentliyinin son ayları idi - o, 2021-ci ilin yanvarında Ağ Evi tərk etdi.

Bundan sonra hakimiyyətə gələn Demokratlar Partiyasının namizədi Joe Biden prezidentliyi altında isə Əliyev hökumətiylə ABŞ arasında əlaqələr pisləşdi. Biden adminstrasiyası insan haqlarının pozulmasına və ermənilərin Qarabağdan çıxmasına görə Azərbaycan iqtidarını kəskin tənqid etdi.

Azərbaycan hakimiyyətinin yüksək qatlarında korrupsiya iddialarını araşdırdıqdan sonra həbs olunan jurnalistlər həm də ABŞ və digər Qərb ölkələrindən maliyyələşməkdə günahlandırıldı.

Azərbaycana yardımı bloklayan hüquqi düzəliş qüvvəyə mindi, ABŞ Konqresində Azərbaycan hökumətinə qarşı sanksiyalara çağıran qətnamələr qəbul edildi. Və Biden erməni lobbisinin gözləntilərini də doğrultdu - o, Osmanlı impresiyası zamanı ermənilərin kütləvi öldürülməsi və sürgünə göndərilməsini "soyqırım" deyə təsvir etdi.

Emin, Araz Ağalarovlar və TrumpDonald

Şəklin mənbəyi, Getty Images

Seçilən
87
bbc.com

1Mənbələr