AZ

FHN polkovnikinin kassasiya şikayətinə baxılıb

Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.

Xəzərnews.az xəbər verir ki, Ali Məhkəmə bu gün Zaur Mirzəyevlə bağlı son qərar çıxarıb.

Məhkəmə FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib.

Qərar digər hissələrdə dəyişdirilməyib. Bu qərarla onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir./Qafqazinfo



Xəbər 3 dəfə oxunub.
Seçilən
46
38
xezernews.az

10Mənbələr