AZ

İsrail BMT-nin özünə qarşı da savaş açdı- ÜST-dən Təl-Əvivə etiraz...

Image

Mübariz Göyüşlü: “İsrailin bu addımı orda humanitar fəlakəti daha da gücləndirəcək”  

İsrail dövləti qanun qəbul edib və bu qanunla Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyəti qadağan edilib.

İsrailin bu addımını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sərt qarşılayıb. 

ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədəki səhifəsində bu barədə paylaşım edib. ÜST rəhbəri bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan etmək qərarı milyonlarla fələstinli üçün dağıdıcı nəticələrə səbəb olacaq.

Onun sözlərinə görə, agentlik Fələstin xalqı üçün əvəzedilməz həyat xəttidir və son yeddi onillikdə belə olub. O qeyd edib ki, İsrailin qəbul etdiyi qanun yəhudi dövlətinin öhdəliklərinə ziddir və UNRWA-dan asılı olan bütün şəxslərin həyat və sağlamlığını təhdid edir.

İsrail BMT-nin özünə qarşı da savaş açıb və bu da ÜST rəhbərliyinin narazılığına səbəb olub və bəyan edib ki, bu qərar milyonlarla fələstinli üçün dağıdıcı nəticələrə səbəb olacaq. 

ÜST rəhbərliyinin narazılığı və narahatlığı da nəzərə alınmalıdır, o qurumun fəaliyyəti bərpa olunmalı, qadağa aradan götürülməlidir, əks təqdirdə...”  

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində “Hesab edirəm ki, bu, İsrail dövləti tərəfindən atılan antihumanist bir addımdır və səhv qərardır. Onsuz da Fələstində əhali çox çətin vəziyyətdədir, humanitar böhran içindədir. BMT və onun aidiyyəti qurumlarının da orda çalışması, insanlara dəstək göstərməsi oradakı ağır durumun nisbətən düzəlməsinə şərait yaradır. Yəni gərgin durumu bir azca yumşaltmaq, humanitar vəziyyəti sabitləşdirmək baxımından faydalıdır. İsrailin bu addımı orda humanitar fəlakəti daha da gücləndirəcək. Əlavə insan tələfatına, insanların həlak olmasına, daha da ağır vəziyyətə düşməsinə gətirib çıxaracaq. Fikrimcə, İsrail dövləti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyəti qadağan edilməsi barədə verdiyi qərara yenidən baxmalıdır və qərarı dəyişməlidir”-deyə bildirdi.

M.Göyüşlü hesab edir ki, İsrail dövləti ÜST-ün baş direktorunun çağırışlarını, narahatlığını nəzərə almalıdır. BMT-nin verdiyi qərarlara hər bir ölkənin əməl etməli olduğunu deyən M.Göyüşlü bildirdi ki, BMT-nin hansısa bir təşkilatının hansısa bir dövlət tərəfindən fəaliyyətinin qadağan edilməsi düzgün yanaşma deyil, bu, böhranı daha da dərinləşdirə, fəlakətin miqyasını genişləndirə bilər. 

“İsrail dövləti humanitar fəlakətin güclənməsinə səbəb olan bütün qərarlarını, addımlarını dayandırmalıdır. İsrail fələstinli qaçqınlara, orda vəziyyəti ağır olanlara  yarım etməsi üçün BMT-nin qurumlarına, nümayəndələrinə şərait yaratmalıdır. Söhbət insan taleyindən gedir. Bu baxımdan ÜST rəhbərliyinin narazılığı və narahatlığı da nəzərə alınmalıdır, o qurumun fəaliyyəti bərpa olunmalıdır,  qadağa aradan götürülməlidir, əks təqdirdə  vəziyyətin daha da kəskin olacağı gizlin deyil”-deyə M.Göyüşlü qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
66
20
baki-xeber.com

10Mənbələr