AZ

Rusiya Şimali Koreya ilə rəqəmsal sahədə əməkdaşlıq haqqında saziş imzalayıb

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi Pxenyanda KXDR İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq sazişi bağlayıb...

Poliqon xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Sənəd ölkələr arasında rabitə, informasiya texnologiyaları və rəqəmsal inkişaf sahəsində əməkdaşlığı nəzərdə tutur.

İmzalanma mərasimi dünən, oktyabrın 30-da informasiya və kommunikasiya texnologiyaları məhsullarının sərgisinin keçirildiyi Pxenyanda baş tutub. Sənədi Rusiya nümayəndə heyətinin rəhbəri, Rəqəmsal İnkişaf Nazirliyinin rəis müavini Andrey Zarenin və onun Şimali Koreyadan olan həmkarı Çan Yonq Gil imzalayıblar. Bundan sonra tərəflər işgüzar görüş keçirib və sənədin “yol xəritəsi”ni müzakirə ediblər.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr