AZ

Ruh və sənət fatehi

Mahir tarzən, Azərbaycan SSR-in Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əhsən Dadaşovun ölkəmizin milli musiqi tarixinin ən böyük isimlərindən biri olduğu şübhəsizdir. Zəngin yaradıcılığı ilə milli musiqimizin inkişafına böyük töhfələr verən Əhsən Dadaşov, sənətdə özünəməxsus iz qoymuş, böyük bir məktəb yaratmışdır.

 

İlk mizrabından tanınan, insanların ürəyini elə ilk saniyələrdən təlatümə gətirən Əhsən Dadaşovun niyə bunca əvəzedilməz olduğunu anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir.

 

Əhsən Dadaşov milli kimlik, tarixi yaddaş və mənəvi dəyərlərin təbliğatçısı kimi...

 

Əhsən Dadaşov yaradıcılığı üçün xarakterik olan ən mühm xüsusiyyət heç şübhəsiz onun milliliyi, tarixi ruha və yaddaşa hədsiz bağlılığıdır. Böyük sənətkar öz ifalarında hansısa musiqini dinləyiciyə sadəcə səs olaraq çatdırmır, həm də bu misiqiyə obraz verir, onun canlandırır, bu musiqinin ruhi-mənəvi gözəlliyi ilə birlikdə, həm də tarixi-milli ruhunu ortaya qoyur. Bu mənada Əhsən Dadaşoun hər bir ifası milli ruhumuzun, tarixi yaddaşımızın inikası,  musiqili əksidir. Eyniylə Azərbaycan tar sənətinin məşhur nümayəndəsi tarzən Hacı Məmmədov kimi Əhsən Dadaşov da öz ifalarında əsl milliliyi, azərbaycançılığı təbliğ edir, gənc nəsli bu millilik, təbiilik, özünəməxsusluqla tərbiyə edirdi. Əslində Əhsən Dadaşovun bir tarzən kimi Azərbaycan xalqı qarşısıdnakı ən böyük xidmətlərindən biri də məhz budur.

 

Əhsən Dadaşov “Rahab”, “Şur”, “Rast”, “Humayun”, “Segah” rənglərində, eləcə də “Xatirə” xalq çalğı ansamblının tərkibində milli musiqimizi sadəcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da uğurla təmsil etmiş, dünyanın ən müxtəlif ölkələrində Azərbaycan musiqisinə böyük maraq oyatmışdır.

 

Azərbaycan xalqının böyük oğlu müğənni Rəşid Behbudovun ansamblının üzvü kimi də dünyanın bir çox ölkəsində qastrol səfərlərində olan Əhsən Dadaşov, 1960-cı ildən etibarən milli musiqimizin təbliği istiqamətində daha bir addım atır. 1960-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində xalq çalğı alətləri ansamblı yaradan Əhsən Dadaşov, ömrünün sonuna, yəni 1976-cı ilə qədər bu ansamlın bədii rəhbəri vəzifəsində çalışır, milli musiqimizin təbliği istiqamətində böyük fədakarlıq sərgiləyir.

 

“O, boş yerə mizrab vurmağı xalq və sənət qarşısında günah hesab edirdi”

 

Əhsən Dadaşovun milli musiqi tariximizdə böyük məktəb yaratdığını bildirən məşhur tarzən, qran-pri mükafatçısı Ayaz İmranov, onun hər bir mizrabının ürəkləri fəth etdiyini, ruha oxşadığını bildirib:

 

“Əhsən Dadaşov sözün həqiqi mənasında illk mizrabından tanınan ustad sənətkar idi. O, tar sənətində elə bir özünəməxsus yola, xüsusi dəsti-xəttə malik idi ki, elə ilk mizrablarından iqqəti öznə çəkir, dinləyicidə böyük maraq yaradırdı. Əhsən Dadaşivu xalqa sevdirən, onun təkraredilməz edən ən mühüm amil isə, böyk sənətkarın hər bri ifasının insanların ürəyindən xəbər verməsi, onların ruhuna oxşaması idi. O, sözün həqiqi mənasında ruh və sənət fatehi idi. Əhsən Dadaşov qeyri-adi ifası ilə milyonların qəlbini fəth edir, onları xəyalən tamam başqa bir dünyaya aparırdı.

Əhsən Dadaşovun buna böyk sənətkar olmasının əsas səbəblərindən biri isə onun sənətinə qarşı son dərəcə məsuliyyətli olması idi. O, nəyisə sadəcə ifa etmək naminə ifa etmirdi. Böyük sənətkar boş yerə mizrab vurmağı xalq və sənət qarşısında günah hesab edirdi. Əhsən Dadaşov ifa etdiyi hər bir musiqiyə yeni bir nəfəs, yeni bir ruh verirdi. Məhz bu səbəbdən də hər kəsin ifa etdiyi bir rəng, bir muğam Əhsən Dadaşovun ifasında tamam başqa cür alınır, tamaşaçıya, dinləyiciyə tamam başqa bir zövq verirdi. Onun ifa etdiyi “Şur” muğamı buna nümunədir.

 

Bu gün Əhsən Dadaşov  həyatda olmasa da, onun qoyub getdiyi böyük irs bizimlədir və bu irs gənc istedadların ondan faydalanmasına, milli musiqimizi tarixi köklər üzərində yaşatmağa davam edir.

 

İnanıram ki, illər, əsrlər bundan sonra da  tarzənlərimiz Əhsən Dadaşov məktəbindən faydalanmaqda davam edəcək, ustad tarzənin xatirəsini hər zaman sevgi və minnətdarlıq hissi ilə yad edəcəklər”.

 

Tar sənətinə, milli musiqiyə sədaqət nümunəsi...

 

Əhsən Dadaşov şəxsiyyətini xarakterizə edən xüsusiyyətlərdən biri də onun tar sənətinə, milli musiqiyə hədsiz sədaqəti idi. Ustad tarzənin yaradıcılığına nəzər salsaq görərik ki, Əhsən Dadaşov həm solist və müşahidəçi, həm orkest ifaçısı və ansaml rəhbəri, həm də bəstəkar və pedaqoq kimi tara hədsiz sevgi və sədaqəti ilə diqqət çəkirdi. O, hesab edirdi ki, əsl sənət əsərinin yalnız və yalnız sevgi və zəhmətin birgə sintezi nəticəsində ərsəyə gəlməsi mümkündr. Sevgi və fədakarlıq olmadan hansısa böyük sənət əsərinin yaranması mümkün deyil. Məhz bu səbəbdən də Əhsən Dadaşovun yaradıcılığına nəzər salanda onun  hər bir ifasının sevgidən yoğrulduğuna, zəhmətlə cilalandığına şahid oluruq. Əhsən Dadaşovun ifasında səslənən "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamların Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunda yer alması məhz bununla bağlıdır.

 

O, sevginin gücünə inanırdı!

 

Əhsən Dadaşov gözəl ifaçı olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. O, tar sənətinin sirlərini gənclərə səbr və həvəslə öyrədir, onlarda milli musiqiyə qarşı dərin sevgi və heyranlıq oyadırdı. Ustad sənətkar bildirirdi ki, əsl sənət yalnız sevgi dolu ürəklərdə yaşaya, dünyaya bu ürəklərdən qanadlana bilər. Buna görə də, böyük pedaqoq tələbələrini sənətə sevgi ilə yanaşmağa səsləyirdi. Əhsən Dadaşov bildirirdi ki, sevgisiz böyük, həqiqi sənət əsəri yaratmaq mümkün deyil. Yalnız sevgi ilə yardılan əsər xalqın, insnaların sevgisini qazana, onların qəlbində özünə həmişəlik yer edə bilər. Əslində Əhsən Dadaşovun tara, sənətə sevgi ilə yoğrulan yaradıcılığının özü bu həqiqətin ən böyük isbatıdır.

 

Əhsən Dadaşovun hər bir ifasında, hər bir mizrabında sənətə olan bu sonsuz sevgini görmək, hiss etmək mümkündür. Böyük sənətkarın ölməzliyi, əbədiyaşarlığı da bununla – bu böyük, nəhayətsiz sevgi ilə bağlıdır.

 

Bütün bunları nəzərə alaraq,  Əhsən Dadaşov fenomeni haqqında danışarkən əminliklə belə demək mümkündür: O, sevginin gücünə inanırdı! Onun  yaratdığı hər bir əsər sənətə olan sevginin nümunəsi idi. Bu nümunələri ölməz edən də məhz sevgi, onun əbədiyaşar gcü idi.

 

Gənc nəslə milli musiqi ilə yanaşı, həm də milli tarixini öyrədən  sənət nəhəngi...

 

Əhsən Dadaşovun ustad kimi böyüklüyünün digər bir göstərici, onun gənclərə milli musiqi ilə yanaşı, həm də milli tariximizi öyrətməsi idi. O, muğamlarımıza, milli musiqi nümunələrimizə sadəcə sənət əsəri kimi deyil, həm də xalqımızın tarixi keçmişinin bir parçası kimi baxırdı. Böyük sənətkar hesab edirdi ki, milli musiqimizin incəliyinə bələd olmaq xalqımızın minilliklər ərzində keçib gəldiyi tarixi yolu öyrənməyə, onun aparığı mübarizələr, yaşadığı sevinc və kədərər haqqında məlumatlı olmağa imkan verir.

 

Əhsən Dadaşov haqlı olaraq milli musiqimizi milli tariximizdən ayrı hesab etmirdi. Dahi sənətkar dşünürdü ki, milli tarixdən ayrılıqda milli msiqinin yaşaması mümkün deyil. Buna görə də o tələbələrinə hər bir milli musiqi nümunəsinin hansı tarixi ortamda, hansı zərurətdən yarandığlnı izah edir, onları bu barədə məlumatlandırırdı. Əhsən Dadaşova görə, tarixindən məhrum hər bir xalq kimi hər bir musiqi də yarımçıq və natamamdır. Buna görə də, ömrünü milli musiqiyə bağlayan hər bir şəxs həm də mili musiqi tarixinizi bilməli, bu tarixi öz ifasında xalqa çatdırmağı bacarmalıdır.

 

O, yaşadığı faciələr fonunda belə tara olan sevgisini qoruyub saxladı...

 

Bütün böyük sənətkarlar kimi Əhsən Dadaşovun da ömrü ağır sınaqlardan, təlatümlərdən xali olmayıb. Bu sınaqlardan ən ağırı isə heç şübhəsiz böyük səntəkarın 9 yaşlı övladı Ənvərin 1963-c ildə leykoz xəstəliyindən dnyasını dəyişməsi oldu.

 

Övladının ölümü bir ata kimi Əhsən Dadaşovu sarsıtsa da, o, bu böyük faciəni də ləyaqətlə qarşıladı. O, yaşadığı bu faciə fonunda belə tara olan sevgisini qoruyub saxladı, bu sevgidən heç nə itirmədi. Əksinə, yaşadığı itkilər, üzlşdiyi faciələr Əhsən Dadaşovun yaradıcılığına bir qədər qüssəli olsa da, nəciblik və ülvilik dolu notlar əlavə etdi, onun yaradıcılığını ruh və düşüncə etibarı ilə zənginləşdirdi.  

 

Əslində, məhz tara olan sevgisi Əhsən Dadaşova bir ömür boyu yaşadığı faciələrə qatlaşmağa, taleyin sınaqlarına mərdliklə dözməyə kömək etdi. Əhsən Dadaşov tarı qoruduğu kimi tar da böyük sənətkarı qorumuş, ona yenidən həyata sarılmağa, mübarizəsini davam etdirməyə ilham vermişdir.

 

Göründyü kimi, tar ən çətin məqamlarında Əhsən Dadaşovun sığındığı etibarlı qala olmuş, onun sabaha ümidlə baxmasını təmin etmişdir. Tara hər zaman dərin sədaqətlə yanaşan Əhsən Dadaşova, tar da eyni sədaqətlə yanaşmış, onu bir ömür boyu tərk etməmişdir.

 

Bu gün də peşəkarlar təəfindən ifad edilən hər bir tar səsi bütün böyük tarzələrimizlə yanaşı, həm də Əhsən Dadaşovu yada salmaqda, onun sənət sevgisindən bəsh etməkdədir. Bu mənada əminliklə demək olar ki, nə qədər ki, tar  var, Əhsən Dadaşov da tarla birlikdə yaşayacaq, seviləcək və xalqımız tərəfindən daim  minnətdarlıq hissi ilə yad ediləcək!

 

Seymur ƏLİYEV

 

Məqalə Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur.

 

 

Seçilən
38
moderator.az

1Mənbələr