AZ

İsraillə sərhədə 10 min əsgər yeridilir... - Sülh planı

ABŞ-ın İsrail və Hizbullah hərəkatı arasında atəşkəs sazişi layihəsi İsrail ordusunun hərbi əməliyyatların bitməsindən bir həftə sonra Livanın cənubunu tərk edəcəyini nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu məlumatı "Kan" radiostansiyası yayıb.

Bildirilib ki, ABŞ tərəfindən irəli sürülən atəşkəs təklifi həm də Livan ordusunun Hizbullahın silahlı qüvvələrinin geri qayıtmasının qarşısını almaq üçün İsraillə sərhəddə 10 minə qədər hərbçi yerləşdirəcəyi 60 günlük müddəti nəzərdə tutur. Bu iki aydan sonra İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam yerinə yetirilməsi və sərhəd mübahisələrinin həlli ilə bağlı danışıqlara başlayacaq.

Radiostansiyanın məlumatına görə, saziş layihəsi ABŞ-ın rəhbərliyi altında Livanın cənubunda atəşkəs rejiminin monitorinqi və həyata keçirilməsi üçün yeni beynəlxalq mexanizmin yaradılmasını da nəzərdə tutur ki, bu mexanizmə İtaliya, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya da daxildir.

Seçilən
13
axar.az

1Mənbələr