Ermənistandakı revanşist, irqçi keşiş Vazgen (Baqrat) Qalstanyanın ideyalarını yayan bir telegram-kanalı onun iki günlüyə xaricə getdiyini açıqlayıb. Səbəb kimi Qalstanyanın müalicə üçün xaricə getməsi göstərilir.
Moderator.az “Armtimes” nəşrinə istinadla bildirir ki, Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan bu məlumata istinad edərək, öz “Facebook” səhifəsində belə yazıb:
“İshal bəhanəsi ilə xaricə uçan müxalifətçilər ancaq xalqın onlara yazığı gəlməsi məqsədi güdürlər.
Bu ölkədə həkim, xəstəxana, dərman yoxdur?
Təbii ki, hər cür şərait var, amma “vətənin xilaskarları xaricdə xilas olmağa üstünlük verirlər - onlar xüsusi bir cinsdir.
Başa düşmürdülər ki, xəstəxanaya gedib onlara yazığı gəlməklə siyasi iktidarsızlığı müalicə etmək olmaz”.
P.S. Bəlkə də keşiş Baqrat heç müalicə-filan üçün getməyib. Kremldəki “kuklovod”larından daha güclü, əyani, üzbəüz yeni təlimatlar almaq üçün Moskvaya yollanıb.
S.Laçın