Sağlam və uzun ömür üçün gündəlik vərdişlərinizə diqqət etməlisiniz.
Diabet və ürək xəstəlikləri kimi xəstəliklərin riskini azaltmaq üçün hər gün edə biləcəyiniz bir idman rejimi yaratmalısınız. Hər gün özünüzə 21 dəqiqə ayırmaqla diabet riskini aradan qaldıra və ümumi sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.
Diabet xəstəliyi özünü üç əsas göstərici ilə biruzə verir. Bunlar normaldan çox yemə və doymama hissi, tez-tez sidiyə çıxmaq, ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmə istəyi.
Bunlar xaricində görülə biləcək digər simptomları aşağıdakılar kimi sadalaya bilərik:
Halsızlıq və yurğunluq hissi
Sürətli çəki itgisi
Bulanıq görmə
Ayaqlarda uyuşma
Yaraların normaldan daha gec sağalması
Dəridə quruluq
Ağızdan asetonabənzər qoxu