AZ

BRICS-lə əməkdaşlıq Azərbaycan üçün yeni siyasi və iqtisadi dividendlər formalaşdırır

Bakı. Trend:

Azərbaycanın qlobal səviyyədə ehtiramla qarşılanan dövlətolması, cənab Prezident İlham Əliyevin isə dünyanın nüfuzlu siyasiliderləri ilə bir cərgədə dayanması reallıqdır. Bu barədəAzərbaycanın Avropa İttifaqı üzvlərinin üçdə biri ilə stratejitərəfdaşlığından, 2012-2013-cü illərdə BMT-nin TəhlükəsizlikŞurasının qeyri-daimi üzvü olmasından başlamış, qlobal aktuallıqkəsb edən məsələlərdə söz sahibi kimi çıxış etməsinə, QoşulmamaHərəkatı kimi beynəlxalq təşkilata sədrlik həyata keçirməsinə qədərçoxsaylı misallar gətirə bilərik.

Bütün bunları təmin edən Prezident İlham Əliyevin adı isədünyanın nüfuzlu siyasi liderləri, dövlət başçıları ilə bir cərgədəçəkilir. Dövlətimizin başçısının qlobal əməkdaşlıq məsələlərinəbaxışları və münasibəti hər bir beynəlxalq tədbirin diqqətləizlənilən məqamı kimi özünü göstərməkdədir. Cənab Prezident İlhamƏliyevin bir neçə gün əvvəl Rusiyanın Tatarıstan Respublikasınınpaytaxtı Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+”formatının ilk plenar iclasında iştirakı və çıxışı bunu bir dahatəsdiq etdi.

2006-cı ildə yaradılan və 9 üzvü olan BRICS hər il rəsmisammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahidgeosiyasi bloka çevrilib. Eyni zamanda BRICS dünya əhalisinintəxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunutəşkil edən nəhəng iqtisadi güc mərkəzi kimi özünü çıxış edir.Təşkilata üzv olan dövlətlər beynəlxalq hüquq, ərazi bütövlüyü,suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməməprinsiplərinə sadiq qalaraq, qarşılıqlı faydalı münasibətləridəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindəninhisarlaşdırılmasının qarşısını alır. Habelə BRICS qlobalidarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalqnizamın inkişafına töhfə verir, beynəlxalq münasibətlər sisteminindemokratikləşməsinə çalışır.

Göründüyü kimi təşkilatın qarşıya qoyduğu məqsədlər, xidmətetdiyi məramlar Azərbaycanın milli maraqlarına, xarici siyasətininprinsiplərinə, təşviq etdiyi sülh və təhlükəsizlik dəyərləri iləüst-üstə düşür. Eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlərdəçoxtərəflilik prinsipinə tərəfdar olması, BRICS-in isə çoxtərəflisiyasi kursları əlaqələndirməsi göstərir ki, ölkəmizlə bu təşkilatarasında əməkdaşlıq baxımından ortaq siyasi mövqe və yanaşmavar.

Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdannümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Başkatibi Antonio Quterreş qatıldılar. 22 dövlət başçısının arasındaAzərbaycan Prezidentinin də olması bir daha ölkəmizə və cənabPrezident İlham Əliyevə olan beynəlxalq ehtiramdan xəbər verdi.

Prezident İlham Əliyev XVI BRICS Sammitinin “Outreach”/“BRICS+”formatının ilk plenar iclasında çıxışında bir sıra vacib məsələlərətoxundu, o cümlədən öz coğrafi mövqeyindən istifadə edən və müasirinfrastruktur yaradan Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat vəlogistika mərkəzlərindən birinə çevrildiyini bildirdi. Dövlətbaşçısının qeyd etdiyi kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyatdəhlizləri Azərbaycan ərazilərindən keçir. Bu nəqliyyat yollarınınAzərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyətgöstərir. Xüsusilə qeyd etməliyik ki, respublikamızda müasirnəqliyyat infrastrukturunun yaradılması Azərbaycandan keçənnəqliyyat marşrutlarını daha da cəlbedici edir. Orta Dəhlizə artanmaraq və bu marşrutla daşınan yüklərin ildən ilə artması bunusübuta yetirir.

Azərbaycanın müasir, əlçatan və çevik nəqliyyat-logistikimkanlarına sahib olması ölkəmizin BRICS-lə əməkdaşlığınıninkişafında və bu təşkilata üzv qəbul edilməsində mühümperspektivlər formalaşdırır. Ən azından ona görə ki, nəqliyyatmarşrutlarının inkişaf etdirilməsi və şaxələndirilməsi dünyanınikinci iqtisadi gücü olan Çinin, habelə Rusiyanın maraqdairəsindədir. Azərbaycan Çin Xalq Respublikasının sədri Si Cinpintərəfindən 2013-cü ildə irəli sürülən “Bir kəmər, bir yol”təşəbbüsünə qoşulub. Rəsmi Pekin respublikamızın Orta Dəhlizininkişaf etdirilməsi ilə bağlı təşəbbüslərini və bu müstəvidə həyatakeçirdiyi tədbirləri hər zaman təqdir edir. Rusiya ilə Azərbaycanarasında isə Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülükimkanlarının artırılması sahəsində uzun illərdir çoxtərəfliəməkdaşlıq mövcuddur. Bu baxımdan Rusiya və Çinlə nəqliyyat vəlogistika sahəsindəki səmərəli əməkdaşlıq həm də Azərbaycan-BRICSəlaqələrinin dərinləşdirilməsini stimullaşdırır.

Respublikamızın bu dövlətlərlə iqtisadi-ticari əlaqələrininsəviyyəsi də Azərbaycan-BRICS əlaqələrinin inkişafı, gələcəkdəölkəmizin bu təşkilata üzv olması baxımından mühüm əhəmiyyət kəsbedir. 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsininhəcmi 3,1 milyard ABŞ dollarını ötüb. Habelə Rusiya ilə ötən ilticarət dövriyyəsi 4,5 milyard ABŞ dollarına yüksəlib. 2024-cü ilinyanvar-iyul ayları ərzində isə Azərbaycanın BRICS ölkələri iləticarət dövriyyəsi 5 milyard 837 milyon 895 min dollar təşkil edibki, bu da respublikamızın ümumi xarici iqitsadi- ticarətdövriyyəsinin 21,7 faizinə bərabərdir. Əlbəttə ki, 2024-cü ilinsonuna bu göstərici daha böyük rəqəmlə ifadə olunacaq.

Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqilvə çoxtərəfli siyasət nəticəsində Azərbaycan-BRICS əməkdaşlığınıngüclənməsi və gələcəkdə respublikamızın bu təşkilata üzv qəbuledilməsi ölkəmizə həm siyasi, həm də iqtisadi müstəvidə yenidividendlər vəd edir. Belə ki, bu təşkilata üzvlük qlobal siyasiarenada Azərbaycanın nüfuzunu daha da yüksəldəcək. İqtisadibaxımdan isə BRICS-də təmsil olunmaq Azərbaycan üçün xarici ticarətdövriyyəsinin və ixrac imkanlarının artması, ölkəmizdən keçənnəqliyyat marşrutlarından daha səmərəli və geniş istifadə olunması,respublikamızın qlobal layihələrdə daha fəal iştirakı vəiqtisadiyyatımıza yeni xarici sərmayələrin yatırılmasıdeməkdir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Seçilən
45
1
az.trend.az

2Mənbələr