Çay ən çox istehlak edilən isti içkilərdən biridir. Bir çox insanın əvəzolunmaz hesab etdiyi çay ləzzətli içki olmaqla yanaşı, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Çay düzgün istehlak edilmədikdə hətta həyati təhlükə yarada bilər.
"Unikal" xəbər verir ki, çayı düzgün istehlak etmədikdə xərçəngə səbəb olur:
Çay müxtəlif bitkilərin yarpaqlarını, çiçəklərini, köklərini, toxumlarını və ya qabıqlarını qaynatmaqla əldə edilən içki növüdür. Lakin çayı düzgün istehlak etmədikdə orqanizmdə ciddi xəstəliklərin yaranma riskini artıra bilir. Xüsusilə yanlış temperaturda istehlak edilən çayın udlaq, qırtlaq və yemək borusu kimi həssas bölgələrdə xərçəngə səbəb ola biləcəyi məlum olub.
Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) tərəfindən dərc edilən hesabatda 70 dərəcədən yuxarı temperaturda istehlak edilən içkilərin kanserogen ola biləcəyi bildirilib.
Xüsusilə İran və Çin kimi isti çay istehlakının çox olduğu ölkələrdə aparılan araşdırmalar göstərib ki, bu vərdiş qida borusunda xərçəngə səbəb olan hüceyrə zədələnməsinə səbəb olur.
Bəs çay necə içilməlidir?
Qara çayın nə qədər sevildiyi məlumdur. Ancaq qara çay və ya digər bitki çaylarını içərkən nəzərə alınmalı məqamlar var.
Sağlamlığınız üçün çayı mütləq şəkərsiz qəbul edin.
Sağlamlığa risk yaratmamaq üçün çay 5-8 dəqiqə dəmlənmiş və şəffaf olaraq, çox isti tempraturda olmadan içilməlidir.
Zərifə Nağıyeva