Fransanın səhiyyə naziri Genevieve Darrieussecq Fransanın “Le Parisien” qəzetinə açıqlamasında gənclərdə nikotin paketi və buna bənzər məhsulların istehlakı zəminində zəhərlənmə hallarının artdığını və bundan təəssüfləndiyini bildirib.
İndex.az xəbər verir ki, bu məhsulların reklamlarının hədəf auditoriyasının gənclər olduğuna diqqət çəkən Darrieussecq, gəncləri qorumaq istədiyini bildirdi.
Hökumətin nikotin paketləri və bənzəri məhsulların istehlakını qadağan etmək qərarına gəldiyini ifadə edən Darrieussecq, bu qərarın önümüzdəki həftələrdə veriləcəyini açıqladı.
Darrieussecq, yüksək nikotin dozası olan bu məhsulların təhlükəli olduğunu vurğulayaraq, bunların marketinqini qadağan etmək vəzifələri olduğunu dedi.
Gənclər arasında tez-tez istifadə edilən kiçik çay paketlərinə bənzəyən nikotin paketləri müxtəlif aromalarda satılır.