AZ

İDDİA: İranın hava hücumundan müdafiə sistemi çökdü

Oktyabrın 26-da İsrailin İrana qarşı cavab hücumunun nəticələri ilə bağlı yeni iddialar irəli sürülüb.

Turkustan.az xəbər verir ki, Təl-Əvivin bu il həyata keçirdiyi iki hücumla İranın Rusiya istehsalı olan bütün S300 müdafiə sistemlərinin məhv edildiyi bildirilib. Amerikanın Fox News telekanalına danışan yüksək səviyyəli İsrail rəsmiləri bildiriblər ki, ilin əvvəlində İranda cəmi dörd S300 yer-hava raket sistemi var; Aprel ayında S300 batareyalarından biri, oktyabrda ayında isə ikinci hücumda qalan 3 batareyanın vurulduğunu bildirib. Xəbərə görə, ABŞ prezidenti Co Baydenin Yaxın Şərq üzrə müşaviri Amos Hokşteyn Vaşinqton rəsmiləri ilə görüşdə İranın "əslində çılpaq" olduğunu və müdafiəsinə vurulan zərbələrlə hücumlara qarşı özünü müdafiə edə bilməyəcəyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
27
turkustan.az

1Mənbələr