AZ

Market alış-verişində pula necə qənaət etmək olar?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qida zəruri ehtiyac olduğundan ərzaq alış-verişi, bəlkə də, ailə büdcəsi ilə bağlı ən çətin məsələlərdən biridir. Ərzaq qiymətlərinin artması ilə mətbəx xərcləri də artır. Lakin bir neçə sadə üsulla market alış-verişinizə qənaət etmək mümkündür. Alış-verişdə sizə kömək edəcəyini düşünərək pula qənaət etməyin bir neçə yolunu təqdim edirik.

1. Həftəlik yemək planınızı hazırlayın.

Ərzaq mağazasından alış-veriş edərkən ən böyük problemlərdən biri də "bunu da alım, evdə qalsın" düşüncəsidir. Ehtiyacımız olmayan çox şey alırıq. Alış-verişə getməzdən əvvəl siyahı hazırlamaq alış-veriş zamanı lazımsız şeylər almamağınıza kömək edəcək. Özünüz üçün həftəlik yemək planı yaratsanız və buna uyğun alış-veriş etsəniz, pulunuza qənaət edə bilərsiniz. Bu yolla israfın qarşısını ala bilərsiniz.

2. Alış-verişdən əvvəl soyuducunu yoxlayın və nəyə ehtiyacınız olduğunu müəyyənləşdirin.

Siyahınızı yaratdınız və alış-veriş etməyə hazırsınız. Ancaq alış-verişə getməzdən əvvəl soyuducunu və ya mətbəx rəflərini yoxlamaq yaxşı olar. Ola bilsin ki, siz alış-veriş siyahınızda olan məhsulu daha əvvəl almısınız. 

3. Qəlyanaltıları özünüz hazırlayın.

Kiçik ölçüdə olan məhsulların qiyməti eyni məhsulun daha böyük ölçüdə olanından daha sərfəli görünə bilər. Lakin vahid qiyməti hesabladıqda, böyük ölçülü məhsul almaq daha sərfəlidir. Hər gün ən kiçik ölçülü bir məhsulu almaq əvəzinə daha böyük ölçüdə məhsul götürün və istifadə edəcəyiniz günlərə uyğun bölün. Bu yolla pula qənaət edə bilərsiniz. Bundan əlavə, hazır peçenye, və bu kimi qəlyanaltılar almaqdansa, ərzaqları alıb özünüz hazırlamaq daha sərfəli olar. Böyük ölçülü təmizlik məhsulları seçmək də pula qənaət etməyin yollarından biridir.

4. Həftəlik yemək planınızı həmin həftə endirimdə olan məhsullara əsaslanaraq hazırlayın.

Çoxlu supermarket şəbəkələri var. Onların hamısında müəyyən dövrlərdə böyük endirimlər olur. Hər həftə bir məhsul endirimlə satışa çıxarılır. Market alış-verişinə qənaət etmək istəyirsinizsə, həftəlik yemək planınızı həmin həftə endirimdə olacaq məhsullar əsasında qura bilərsiniz. Məsələn, toyuq həmin həftə endirimdədirsə, siz toyuq ətindən istifadə edərək yemək planı yarada bilərsiniz.

5. Ərzaq mağazasının evə çatdırılma sistemindən yararlanın.

Çox məşğul bir həftə keçirdiniz və heç bir mətbəx alış-verişi edə bilmədiniz. İşdən sonra yorulanda yemək bişirmək istəmədiyiniz üçün sifariş edəcəksiniz. Bunu etmək əvəzinə, supermarket saytlarından alış-veriş edin və evinizə çatma vaxtınıza uyğun çatdırılma planlaşdırın. Yorğun olduğunuz üçün yemək bişirmək istəməsəniz belə, sadə şeylər hazırlayaraq qənaət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
25
banco.az

1Mənbələr