AZ

Millimiz COP29-a görə Estoniyanı Qəbələdə qəbul edəcək

Azərbaycan milli futbol komandasının COP29-a görə Qəbələyə köçməsi yerli futbol assosiasiyasına böyük məbləğdə başa gələcək.

Yerli mətbuatda yayılan məlumata görə, hazırda Qəbələdəki Şəhər Stadionunda aparılan təmir işlərinə AFFA tərəfindən 120 min manata yaxın vəsait xərclənəcək.

Bu işlər nəticəsində soyunub-geyinmə otaqlarında, masaj otaqlarında, media stendlərində, texniki sahələrdə, o cümlədən televiziya yayımı üçün otaqlarda şərait yaxşılaşdırılacaq.

UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan və Estoniya yığmaları arasında keçiriləcək oyun COP29-a görə Qəbələyə keçirilib. Oyunun tarixi dəyişməyib.

Seçilən
26
moderator.az

1Mənbələr