AZ

Cərrahlar xəstədən balqabaq boyda şiş çıxardılar

Rusiyada həkimlər növbəti dəfə uğurlu əməliyyat həyata keçiriblər. Moskva vilayətinin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Balaşixadakı onkoloji klinikanın həkimləri 20 ildir tibbi yardıma müraciət etməyən təqaüdçünün həyatını xilas ediblər. 

66 yaşlı təqaüdçü qarın ağrısı, ürəkbulanma, mədə qıcqırması və tənəffüs problemi şikayətləri ilə tibb müəssisəsinə müraciət edib. Məlum olub ki, xəstə 20 ildən artıqdır ki, qarnının həcminin genişlənməsinə diqqət yetirsə də, müalicə almağa tələsməyib. Müayinə zamanı ona nəhəng uşaqlıq mioması diaqnozu qoyulub.

“Əməliyyat zamanı nəhəng ölçüyə çatmış - diametri təxminən 60 sm və çəkisi 18 kq olan şişi çıxardıq. Balqabaq böyüklüyündə olan şiş digər orqanlara təzyiq edib, onların fəaliyyətini pozub”, - 4 saylı ginekoloji onkologiya şöbəsinin müdiri İrina Kargina bildirib.

Həkimlər qeyd ediblər ki, təqaüdçü xəstəxanaya getməsəydi, onun həyatı üçün təhlükəli fəsadlar yarana bilərdi. Mütəxəssislər onu da xatırladıblar ki, qadınlar ən azı ildə bir dəfə ginekoloq tərəfindən profilaktik müayinədən keçməlidirlər.

Tural

Seçilən
98
news365.az

1Mənbələr