“The New York Times” (NYT) qəzeti ailələri uşaq sayını artırmağa çağıran amerikalı milyarder İlon Maskın 11 uşağı və onların anaları ilə birlikdə yaşamaq üçün “gizli şəkildə” malikanə aldığını yazıb.
"Cebheinfo.az" xəbər verir ki, nəşr Maskın təşəbbüslərindən xəbəri olan dörd nəfərə əsaslanan hesabatında amerikalı milyarderin “qeyri-adi ailə məskunlaşması yaratmağa” çalışdığı iddia edilib.
Adı açıqlanmayan 4 nəfər Maskın 3 anadan 11 uşağın bir-birinin həyatının bir parçası olması üçün belə bir addım atdığını qeyd edib.
Ştatın rəsmi məlumatlarına görə, Maskın Texasda təxminən 1338 kvadratmetrlik malikanəsi və malikanənin yaxınlığında bir villası var. Bu mülklərin ümumi dəyərinin 35 milyon dollara çatdığı bildirilir.
Maskın 3 uşağının anası Şivon Zilisin övladları ilə birlikdə sözügedən malikanəyə köçdüyü qeyd edilərkən, digər 3 uşağın anası, "Grimes" ləqəbi ilə tanınan musiqiçi Claire Boucher Maskla uşaqların qəyyumluğu ilə bağlı ilə fikir ayrılıqlarının olduğu üçün malikanəyə keçmədiyi bildirib.
Milyarderin qalan 5 uşağının anası Justine Maskın da hələ malikanəyə köçmədiyi bildirilərkən, uşaqlardan biri olan Vivian Jenna Wilsonun atası ilə aralarının yaxşı olmadığı bildirilir.