Hindistanın baş naziri Narendra Modi və Çin lideri Si Cinpin sərhəddə gərginliyin azaldılması barədə razılaşma əldə ediblər.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan və Çin Himalaylardakı uzanan hərbi qarşıdurmanın tənzimlənməsi üçün yeni sərhəd razılaşmasının həyata keçirilməsinə başlayıblar.
Məlumata görə, artıq münaqişənin açar nöqtələrindən olan Dapsanq və Demçok bölgələrindən qoşunların çıxarılması prosesi başlanıb.
Razılaşmanın konkret detallarının açıqlanmadığı bildirilsə də, bu proses BRİCS sammitində Vladimir Putinin vasitəçiliyi sayəsində mümkün olub.
Qeyd edək ki, oktyabr 2024-də Hindistan və Çin ərazidə patrul xidməti ilə bağlı razılaşma imzalayıblar ki, bu da 2020-ci ildən bəri yaranan gərginliyin azaldılmasına və məsələlərin həllinə kömək edib.
Musavat.com