AZ

Slovakiya Azərbaycandan qaz tədarükündə maraqlıdır

 

Slovakiya qaz təchizatı mənbələrinin şaxələndirilməsi, o cümlədən Azərbaycandan “mavi yanacağ”ın idxalı imkanlarının öyrənilməsi üzərində fəal işləyir.

Bu barədə Missiya.Az-a Slovakiyanın İqtisadiyyat Nazirliyindən bildiriblər.

"Azərbaycan rəsmiləri ilə, o cümlədən Avropaya qaz ixracının genişləndirilməsi ilə bağlı danışıqlar Slovakiyanın ölkəni yeni enerji mənbələri ilə təmin etməyə sadiq olduğunu göstərir", - nazirlik qeyd edir.

Həmçinin qeyd olunub ki, hazırda ölkənin yeraltı anbarları qazla doldurulub və Slovakiya qonşu dövlətlərin qaz sistemlərinə qoşulub. Bu, alternativ mənbələrdən və qaz çatdırılması marşrutlarından istifadə etməyə imkan verir ki, bu da Bratislavanın Ukrayna ərazisindən çatdırılan Rusiya qazından sırf asılılı olmamasına imkan yaradır.

"Slovakiyanın İqtisadiyyat Nazirliyi digər maraqlı tərəflərlə birlikdə təbii qaz da daxil olmaqla enerji mənbələrinin şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Ukrayna vasitəsilə Rusiyadan qaz tranziti üzrə müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Rusiyadan Çexiya və Slovakiyaya Ukrayna vasitəsilə qaz tranziti "Qardaşlıq" qaz kəməri vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, 2023-cü ildə Slovakiyada istehlak edilən qazın ümumi həcmi 45,537 teravatt/saat (4,23 milyard kubmetr) təşkil edib.

Seçilən
39
4
missiya.az

5Mənbələr