AZ

Hüseyn Abdullayev yenə məhkəmə qatılmayıb

Hüseyn

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi keçirilib, səhhətində problemlər olduğu üçün prosesə qoşulmayıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə videoformatda keçirilən prosesdə sabiq deputatın səhhətində ötən gün ciddi problemlər yarandığı məlum olub.

Təqsirləndirilən şəxsin vəkili Cavad Cavadov deyib ki, H.Abdullayevin səhətindəki problemlər ötən gündən daha da kəskinləşib.

Hakim heyəti bildirib ki, bununla bağlı Bakı İstintaq Təcridxanasına sorğu göndəriləcək və Hüseyin Abdullayevin məhkəmə prosesinə qoşulmama səbəbi araşdırılacaq. Prosesə sədrlik edən hakim Azər Tağıyev vurğulayıb ki, hazırda təqsirləndirilən şəxsin iştirakı olmadan proses keçirilə bilməz. Ona görə də məhkəmənin növbəti iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Seçilən
47
6
reyting.az

7Mənbələr