AZ

Paşinyan Sərkisyanın Türkiyə ilə bağlı 15 illik taktikasını dəyişdi

Ermənistanın hazırkı hökuməti sülh müqaviləsində vasitəçi rolunu üzərinə götürməsi üçün Türkiyəyə daha loyal davranmağa çalışır və Azərbaycanla rəqabət girir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, İrəvan Ankaranın regiondakı proseslərdə əsas rolu üzərinə götürməsi üçün çalışır:

“Hökumət bu məsələdə əlindən gələni edir. Bu istiqamətdə atdığı addımları isə fərqli şəkillərdə əsaslandırır və xalqa təqdim edir. Keçmiş prezident Serj Sərkisyan “futbol diplomatiyası” prosesinin təşəbbüskarı olduğu vaxtlarda Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Sərkisyan Ankaranı proseslərdən kənarda saxlamaq istəyirdi, lakin hazırkı Baş nazir Nikol Paşinyan tam əksini edir”.

Qeyd edək ki, S.Sərkisyan 2009-cu ildə Ermənistan və Türkiyənin futbol üzrə milli komandaları arasında keçirilən qarşılaşmanı izləmək üçün Türkiyəyə səfər etmişdi.

Seçilən
36
1
axar.az

2Mənbələr