Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi keçirilib, səhhətində problemlər olduğu üçün prosesə qoşulmayıb.
Mia.az "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə videoformatda keçirilən prosesdə sabiq deputatın səhhətində ötən gün ciddi problemlər yarandığı məlum olub.