AZ

Netanyahunun xanımı iki “F-35” qırıcısı tələb edib

Netanyahunun

İsrailin baş naziri Binyamin Netanyahu keçən ay ABŞ səfərindən qayıdarkən, həyat yoldaşı Sara Netanyahunun təkidli tələbi ilə onun təyyarəsini iki “F-35” qırıcısı müşayiət edib.

Reyting.az
xəbər verir ki, belə bir iddianı İsrailin “Walla” internet saytı adları açıqlanmayan mənbələrinə əsaslanaraq irəli sürüb.

Bildirilir ki, Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu baş nazirin təyyarəsinin döyüş təyyarələri ilə müşayiət olunmasını istəyib. O, baş nazirin təyyarəsinin vurulacağından qorxub.

Məlumata görə, Sara Netanyahu sentyabrın 27-də Beyrutda İsrailin hava zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra mümkün “qisas”dan ehtiyat edir.



İsrail ordusu bütün səfər üçün döyüş təyyarəsi ayırmaq istəməsə də, İsrail baş nazirinin ofisi geri dönüş üçün müraciət edib. Bundan sonra İsrail ordusuna aid iki “F-35” Netanyahunun təyyarəsini İsrail hava məkanında qoruyub.

Baş nazirin ofisi Netanyahunun təyyarəsini müşayiət edən “F-35”-lərin fotosunu dərc etmək istəsə də, İsrail Hərbi Hava Qüvvələri buna inmkan verməyib.

Qeyd edək ki, baş nazir Netanyahu sentyabrın 24-də BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi.

V. QULİYEV
Seçilən
39
reyting.az

1Mənbələr