AZ

İran İsrailə nə vaxt cavab verəcək?


İran noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin zərbəsinə cavab verə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı İran hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
“İran İslam Respublikasının sionist rejimin təcavüzünə cavabı qəti və ağrılı olacaq”, - iranlı mənbə telekanala deyib.
O, əlavə edib ki, cavab tədbirləri çox güman ki, prezident seçkiləri gününə qədər davam edəcək.
Kanalın fikrincə, bu, Tehranın İsrailin hücumunun şiddətini azaltmaq kimi ilkin strategiyasından əl çəkdiyini göstərir.
Qeyd edək ki, oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri çoxsaylı davamlı hücumlara cavab olaraq İran daxilindəki hərbi obyektlərə zərbələr endirib. İranın Hava Hücumundan Müdafiə Qüvvələri bəyanatında İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi hədəflərin hücuma məruz qaldığını, lakin zərərin məhdud olduğunu, hava hücumundan müdafiə sistemlərinin əsas hücumu uğurla dəf etdiyini bildirib.
Seçilən
29
yeniavaz.com

1Mənbələr