Rusiyanın Krasnodar diyarında maraqlı hadisə baş verib. Krasnodar vilayəti prokurorluğunun yaydığı məluamat görə, Starominski rayonunda yerli sakinlərdən biri öz evində qanunsuz pələng saxlayıb. Ondan vəhşi heyvan müsadirə edilərək götürülüb.
"Starominskaya kəndində polis şəxsi mülkün ərazisində yetkin pələng aşkarlayıb. Yırtıcı yerli sakin tərəfindən yardımçı tikilidə saxlanılırmış. Heyvanı müsadirə etmək qərarı verilib. Lakin onun sahibi heyvanı könüllü olaraq verməkdən imtina edib. O, şəxsi avtomobili ilə polisdən qaçmağa çalışsa da saxlanılıb", - məlumatda qeyd edilib.
O da müəyyən edilib ki, Krasnodar sakini heyvana qarşı amansız rəftar edib. Pələng müvəqqəti qulluq üçün ixtisaslaşdırılmış bir təşkilata verilib.
Tural