AZ

Magistral yolda ölüm saçan motosikletçi - Yol polisi hərəkətə keçdi

Bakıda motosikletçi təhlükəli vəziyyət yaradıb.

Gundem.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, sözügedən hadisə paytaxtın 8 noyabr prospektində qeydə alınıb.

Belə ki, motosikletçi sükan arxasında düzgün oturmayıb, üstəlik telefonla da oynayıb. Sürücü bu hərəkəti ilə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.

Sözügedən halla bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinə sorğu ünvanladıq.

İdarənin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirdi ki, görüntülərlə bağlı araşdırma aparılır.

Həmin videonu təqdim edirik:

 

Seçilən
35
1
gundem.az

2Mənbələr