AZ

Bədii gimnastika üzrə DÇ-2026-nın keçiriləcəyi arena məlum olub

Almaniya Gimnastika Federasiyası 2026-cı ildə bədii gimnastika üzrə dünya çempionatının Frankfurt-Maynda keçiriləcəyi yeri açıqlayıb.

İdman.biz xəbər verir ki, ilin əsas yarışının arenası məşhur "Westhalle" kompleksi olacaq.

Kompleks 1909-cu ildə açılıb və yenidənqurmadan sonra 10 min tamaşaçı qəbul edə bilir. Arenanın maksimal hündürlüyü 40 metrdir ki, bu da idmançılara çıxışlar zamanı alətləri daha yüksəyə atmağa imkan verir.

Qeyd edək ki, Almaniya sonuncu dəfə bədii gimnastika üzrə dünya çempionatına 2015-ci ildə Ştutqartda ev sahibliyi edib.

İdman.biz

Seçilən
47
idman.biz

1Mənbələr