2025-2026-cı ilin məzunları arasında 46 şəhid övladı var.
News365.az xəbər verir ki, bunu 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladları ilə keçirilən görüşdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, DİM şəhid övladlarına hər zaman dəstək olacaq, onları dərs vəsaitləri ilə təmin edəcək.