AZ

Bakı sel olacaq yer deyil - Ekspert

İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyanı sel basması nəticəsində 90-dan çox insan həlak olmuşdur. İtkin düşənlərin olduğu da deyilir. Şəhərə və şəhər sakinlərinə yüz milyonlarla ziyan dəymişdir. Keçmiş olsun...

Ucnoqta.az xəbər verir ki, bu barədə nəqliyyat ekperti Ərşad Hüseynov bildirib. Ərşad Hüseynov bildirir ki, amma Valensiyada baş verənlərlə Bakıda bir neçə gün əvvəl baş verənlər arasında hər hansı müqayisə aparmaq olmaz:

"Bakıdakı tunellərə cəmi bir neçə hektar əraziyə düşən yağış suları dolaraq faciəyə, ərazidə hərəkətin iflic olmasına səbəb olmuşdu. Həmin sular sadəcə idarə edilmir (yağıntı sularını kənarlaşdıracaq sistem yoxdur, olan elementlər də bərbaddır) deyə belə nəticələr baş verdi...

Valensiyanı isə sürəkli leysandan sonra coşub-daşan Turiya (və ya Turia) çayının selləri basıb. İspaniyanın ən təhlükəli və tez-tez sellərin keçdiyi çaylarından biri olan Turiyanın hövzəsi təxminən 6400 kvadrat kilometrdir (Naxçıvan MR-in bütün ərazisindən xeyli böyükdür). Bu dağ çayı mənsəbinə yaxın yedə Valensiya şəhərindən keçir. Şəhərdən keçən hissədə onun yatağı dəyişdirilərək kənarlarına qoruyucu beton sədlər çəkilsə də dağlardan gələn sellərin qarşısını almaq mümkün olmamışdır".

Ekspert qeyd edir ki, Bakıda yağıntı sularını sadəcə idarə etmək lazımdır:

"Bunun sistemi bərpa edilməlidir. Bakı sel olacaq yer deyil."

Seçilən
49
ucnoqta.az

1Mənbələr