Havalar soyuduğu üçün insanlar evlərindəki istilik sistemlərini işə salır, isinmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Son vaxtlar soyuq havalarda isinmək üçün elektrikli və isidici döşəklərdən istifadə çoxalıb.
Elektrikli döşəklərdən istifadə edənlər bu rahatlıqdan nə qədər məmnundurlarsa, bir o qədər də narahatdırlar. Bəziləri bu döşəklərin insan sağlamlığına ziyanlı olub-olmamasıyla bağlı məlumatsızdır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb eksperti, professor Adil Qeybulla bu döşəklərin heç bir ziyanı olmadığını vurğulayıb:
"Qızdırıcı döşəklər adi spiral əsasındadır. Onların içindəkı spiral izolyasiyalıdır, qızır və istilik verir. Bunun ziyanlı təsiri yoxdur. Əksinə, yorğanlar, döşəklər üçün istifadə olunan materialların təhlükəsizliyi daha əsasdır. Qızdırıcının üzəri istiyə davamlı materiallara örtülüdür. Yorğan döşək üçün istifadə edilən sintetik materiallara qarşı isə şübhələr daha çoxdur".
Nəzrin Mirzəyeva, Bizim.Media