“2025-ci ildə Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan ətrafında sabit və təhlükəsiz mühitin yaradılmasına yönəlmiş səylərini davam etdirəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə qonşu dövlətlərlə münasibətlərin normallaşması və inkişafı deməkdir.
“Təbii ki, söhbət ilk növbədə Azərbaycanla münasibətlərin tənzimlənməsindən gedir.
Deməliyəm ki, 2024-cü ildə bu sahədə çox nəzərəçarpacaq nəticələr var idi. Bu, ilk növbədə, sərhədimizin delimitasiya və demarkasiyasının konkret istiqamətinə aiddir. Bu kontekstdə aprel ayında Baş nazirin müavinləri sənəd imzalayıblar.
Bundan sonra komissiyaların birgə fəaliyyətinin əsasnaməsi (Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə) imzalanıb. Reqlament həm Ermənistanda, həm də Azərbaycanda bütün prosedurlardan keçib və tezliklə tərəflər bu sənədin qüvvəyə minməsi barədə bir-birlərinə rəsmi məlumat verəcəklər.
Bundan sonar delimitasiya üzrə işlərin 2024-cü ilin sonuna və 2025-ci ilə qədər davam edəcəyinə ümid edirəm. Ən azından bunun qarşısını ala biləcək heç bir maneə görmürəm. Təbii ki, bu proses nə qədər sürətli və səmərəli olarsa, bir o qədər yaxşıdır”,-deyə Mirzoyan bildirib.