AZ

Ölümcül McDonald's epidemiyasının səbəbi məlum olub

Bakı, TurkicWorld

ABŞ-da "McDonald's" fast food şəbəkəsində ölümcül epidemiyaya səbəb olan qida aşkar edilib.

TurkicWorld xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) McDonald's restoranlarında 90 nəfərin xəstələnməsinə səbəb olan E. coli epidemiyasının mənbəyinin doğranmış baş soğan olduğunu açıqlayıb.

CDC-yə görə, bu soğanlar McDonald's-ın Quarter Pounder və bəzi digər menyularında istifadə edilir və Taylor Farms tərəfindən tədarük edilib. Şirkət bu məhsulları könüllü olaraq geri çağırıb, McDonald's isə bu qidanı menyudan çıxarıb.

Qeyd edək ki, ABŞ-da ilk halı sentyabrın 27-də qeydə alınan "McDonald's" fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib. Bakteriyanın yaratdığı hemolitik-uremik sindromun inkişafı nəticəsində isə Koloradoda bir nəfər ölüb.

Seçilən
67
turkic.world

1Mənbələr