Venesuela Braziliyadakı səfirini "müdaxiləçi" bəyanatlara əsaslanaraq məsləhətləşmələr üçün geri çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın məsul müşaviri Celso Amorimin Venesuelanı hədəf alan açıqlamalarına reaksiya verən səfir Manuel Vadellin məsləhətləşmələr üçün ölkəyə dönəcəyi bildirilib.
"Bildirmək istərdik ki, prezident Nikolas Maduronun göstərişinə əsasən, Braziliyadakı səfirimiz Manuel Vadell dərhal məsləhətləşmələr üçün çağırılıb", - məlumatda deyilir.
Amorim oktyabrın 29-da verdiyi açıqlamada Maduro hökumətini iyulun 28-də keçirilən prezident seçkilərində şəffaf olmamaqda ittiham edib. Maduronun seçki qələbəsini indiki vəziyyətdə tanımayacaqlarını vurğulayan Amorim, heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını və problemlərin sülh yolu ilə həllini istədiklərini bildirib.
Gülayə Mecid