Bakı. Trend:
“Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni”QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәrәrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakımetropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğunolaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatartәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsaledilməlidir.
Trend-in xəbərinə görə, bubarədə oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı SəhmdarCəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metroqatarları ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumatverilib.
Diqqətə çatdırıldı ki, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibiinnovasiyalar baxımından 4-cü nәslә mәnsubdur. Vaqonlar “BakıMetropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vәyığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir.Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdәtutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәktexnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıqvә sistemlәri ilә aparılır.
Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri,paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqlarınistismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavabvermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə,sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Buxüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraqavadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdәvaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklәyığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdәtutulub.