AZ

Bakıda torpaq sürüşməsi təhlükəsi: Hansı ərazilərdən EV ALMAQ OLMAZ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, intensiv yağışlardan sonra oktyabrın 28-də paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində torpaq sürüşməsi baş vermişdi. Bənzər hadisənin Xətai rayonu, Nazim Şükürov küçəsində də yaşanması paytaxt sakinlərini ciddi narahat etməyə balayıb. Ev almaq istəyən, yaxud tikinti işləri aparan vətəndaşlar hansı ərazilərdə torpaq sürüşməsi təhlükəsi olduğundan xəbərsizdirlər. 

 

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Pravda.az-a açıqlamasında deyib ki, Bakıda torpaq sürüşmələrinin böyük əksəriyyəti antropogen təsirin nəticəsində baş verir: 

Quraqlığın

“Yəni ev tikilən, hər hansı infrastruktur işləri görülən ərazilərdə dayanıqlılıq götürülür. Və həmin ərazilərdə sürüşmələr sürətlənir. Ərazinin qarşı tərəfi, məsələn, yamacı, terraniumu yığışdırılırsa, onda gərək qarşısını möhkəm tutasan ki, sürüşmə baş verməsin. Daşlar düzgün qoyulmur, yalandan elə-belə tikib atıb, çıxıb gedirlər. İndi də deyirlər ki, sürüşmədir. Bu, uçqundur. Hər şey qaydasında olmalıdır, texniki cəhətdən tikinti normalarına ciddi əməl edilməlidir ki, yamacların dayanıqlığı itməsin. Yamacların dayanıqlığı itəndən sonra, təbii ki, yağış yağan kimi torpağı uçurub aparacaq. Bildiyiniz kimi, Bakıya normadan artıq yağıntı düşür. Ev tikən adam mütləq geoloqlarla məsləhətləşməlidir. Mən də müvafiq Komissiyada idim, heç bizi saymadılar, öz bildiklərini edirlər. Məsələyə elmi cəhətdən ciddi yanaşmaq, hər ərazinin landşaftına, təbii  şəraitinə ciddi fikir vermək lazımdır”. 

 

Ekoloq bildirib ki, Abşeronda təbii şəraitdə sürüşmələr çox azdır: “Vaxtilə palçıq vulkanları olub. Sonradan bunun üstünə gələn "yumşaq süxurlar" dediyimiz çöküntü süxurları olan ərazilərdə təbii şəraitdə sürüşmə ola bilər. Lakin tarixən Abşeronda yağıntı çox olmayıb. 350 millimetrlik yağıntılı yerdə nə sürüşmə ola bilər? Səhra zonasıdır. Aşağıdakı qatda gil qatı varsa, üst qat mütləq sürüşməyə meyillidir, çünki aşağı qat su keçirmir, sürüşkənlik də orada yaranır. Buna görə də belə şeydə diqqətli olmaq lazımdır. Təkrar edirəm, hər hansı ərazidə tikinti apararkən geoloji işlərə, normalara diqqət edilməlidir. Sürüşməyə meyilli ərazilər nəzarətdə saxlanılmalıdır”. 

 

Aytəkin Qardaşova 

Tarix: 31 Oktyabr 2024, 12:11   
Seçilən
73
2
pravda.az

3Mənbələr