AZ

Rusiyada beynəlxalq uçuşlar 8% artıb

"Bu gün Rusiya 36 ölkə ilə birbaşa uçuşlar həyata keçirir". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qori deyib.

Onun sözlərinə görə, son iki ayda bu siyahıya İndoneziya və İordaniya da əlavə edilib:

"Hazırda beynəlxalq istiqamətlərin payı aviasiya sərnişin dövriyyəsinin 28%-ni təşkil edir. Bir il əvvəl bu rəqəm 20% təşkil edirdi. Rusiya aviaşirkətlərinin sərnişin dövriyyəsi sentyabrda 10,7 milyon nəfərə yüksəlib. Bu, 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4,8% çoxdur". 

Qori qeyd edib ki, ilk beşliyə "Aeroflot", "Pobeda", "Rossiya", "Sibir (S7)" və "Ural" Hava Yolları daxildir. Ay ərzində onların xidmətlərindən 7,5 milyon sərnişin istifadə edib.

Gülşən Şərif

Seçilən
77
1
bakivaxti.az

2Mənbələr