AZ

"Avrora"ya yenə protokol yazıldı

"Avrora" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-cı (Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Abşeron Rayon Məhkəməsinin hakimi Abusət Qasımovun icraatındadır.

 

Qeyd: "Avrora Qrup"un prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur.

 

Xəyal Quliyev

Tarix: 31 Oktyabr 2024, 12:27   
Seçilən
83
1
pravda.az

2Mənbələr