AZ

“Relax”dan xəbər var – İqbal Məmmədovdan alındı

Lerik rayonunda fəaliyyət göstərən "Relax" istirahət və turizm mərkəzi Milli Məclisin deputatı İqbal Məmmədovdan alınıb.

Bir neçə gün öncə deputatın yaxın adamlarının iştirakı ilə adı çəkilən istirahət mərkəzində təhvil - təslim işləri həyata keçirilib. Hazırda "Relax"a məmurlardan birinin yaxın qohumunun nəzarət etdiyi bildirilir. 

Qeyd edək ki, "Relax" İstirahət və Turizm Mərkəzi ilə bağlı bu ilin avqust ayında ciddi qalmaqal yaranıb. Belə ki, “Relax” istirahət mərkəzini idarə edən deputat İqbal Məmmədovun oğlu və yaxın qohumları mərkəzi yoxlamağa gələn vergi işçilərini təhqir edərək döyüblər.

Vergi işçilərinin "Relax" İstirahət və Turizm Mərkəzində döyülməsi videosunun yayılmasından sonra deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və digər 5 nəfər barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyinin "Relax" İstirahət və Turizm Mərkəzində apardığı yoxlama nəticəsində məlum olmuşdu ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilmişdir. Azfakt.com

Seçilən
52
news365.az

1Mənbələr