Azərbaycan Tibb Universitetinin daha bir tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, son üç ayda artıq 5-ci tenderin ləğv edilməsi, bu dəfə ATU-nun tədris tətbiqinin inteqrasiyaları,tədris tətbiqinə yeni əlavələrin edilməsi, ağıllı keçid sisteminə tətbiqin yazılması və lazımi həllərin alınması xidmətlərinin satın alınmasını əhatə edib.
Dəyəri 244.357,50 manat olan müsabiqənin ləğvinə səbəb isə AİİBNX-nin yekun rəy olub. Həmin rəydə təhsil ocağının qanunun bir sıra tələblərinin pozulması qeyd edilib və universitetə protokol tərtib edilib. Protokolun tərtib edilməsi isə analoji müsabiqə qaydalarının dəfələrlə pozulması göstərilir.
Xatırladaq ki, ATU-nun rektoru Gəraybəyli Gəray Çingiz oğludur. İxtisasca psixiatr olan Gəraybəyli 11 aprel 2016-cı ildən etibarən universitetə rəhbərlik edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta