AZ

BP şirkəti bu universitetə 1,5 milyon manatdan çox qrant ayırıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Simplex" şirkətindən 781 106,43 manat dəyərində nəşriyyat üçün avadanlıqlar alacaq.
 
Valyuta.az xəbər verir ki, şirkət sözügedən universitetinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Artıq tərəflər arasında satınalma müqaviləsi də imzalanıb. 

Məlumat üçün deyək ki, avadanlıq BP şirkətinin Azərbaycan Dövlət Neft və Sənayeni Universitetinə ayırdığı qrant hesabına alınır. 

Bundan əvvəl isə universitet Simplex şirkətdən avadanlıqların satın alınması ilə bağlı 995 700 manatlıq satınalma müqaviləsı bağlayıb. Bu satınalma da BP  şirkətinin ayırdığı qrant hesabıbna ba tutub.

Hər iki müqavilədə hansı avadanlıqların alınması barədə heç bir qeyd yoxdur. 

"Simplex" şirkəti ofis ləvazimatlarının satışını hayata keçirir.  

Hüseyn

Seçilən
40
valyuta.az

1Mənbələr