AZ

Həmilton Braziliyada kumirinin maşınını idarə edəcək

Britaniyalı Lyuis Həmilton Formula 1 üzrə üçqat dünya çempionu Ayrton Sennanın 1990-cı ildə ikinci titulunu qazandığı “McLaren” avtomobili ilə bu həftəsonu Braziliyanın İnterlaqos trassında dövrə vuracaq. Bununla da Həmilton yerli qəhrəmanın və öz kumirinin xatirəsini ehtiramla yad edəcək.

Bu il Ayrton Sennanın 1994-cü ildə Imolada keçirilən San Marino qran-prisində faciəvi şəkildə ölümündən 30 il keçir. Formula 1 ictimaiyyəti artıq bir neçə dəfə braziliyalı sehrbazı hörmətlə yad edib. Buna misal olaraq, dördqat Formula 1 çempionu Sebastyan Fettelin bu ilin may ayında Emilia Romaqna qran-prisi zamanı Sennanın 1993-cü ildə yarışdığı “McLaren”i idarə etməsini vurğulamaq mümkündür. Həmin qran-pri zamanı sürücülər də Sennanın şəkli olan köynəklər geyinmişdilər. Monakoda isə “McLaren” Ayrtonun şərəfinə unikal sarı, yaşıl və göy rəngli liveriyadan istifadə etmişdi.

Xatırladaq ki, “Senna Sempre” (Senna daima) adlı tədbirin şənbə günü yerli vaxtla saat 17:00-da keçirilməsi planlaşdırılır.

Seçilən
43
futbolinfo.az

1Mənbələr