AZ

Paşinyanın bu tapşırığı növbəti oğurluğa rəvac verəcək: "Qeyri- maddi dəyərlər”

Məlumdur ki, ermənilər Qafqaza köçəndən sonra tək torpaqlarımıza sahiblənməyib. Musiqilərimizi, mahnılarımızı, rəqslərimizi, abidə və monastrlarımızı, eyni zamanda zəngin mətbəximizi də özününküləşdirib. Özlərinə məxsus heç nə olmadığı üçün qonşulardan oğurlamaq bunların genetik peşəsidir.

Azərbaycan və türk mətbəxinin ən ləziz və qədim təamlarını “erməni mətbəxi” kitabına salaraq erməniləşdirməyə çalışıblar, bəzən də bacarıblar. Bir neçə il əvvəl paxlava, türk qəhvəsi, dolma, keşkek və bir sıra başqa yeməklərdən sonra bu dəfə növbə lahmacuna çatıb.Təsəvvür edin, bu toplum o qədər həyasızdırd ki, Ernənistanda dəfələrlə dolma və ya ermənicə "tolma" festivalı keçiriliblər. Guya Hindistanda quylanmış babalarından qalıb.
Hələ lavaşı mənimsəyib erməni çörəyi kimi tanıtmaqa çalışırdılar. Nə yaxşı ki, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanın YUNESKO-ya təqdim etdikləri lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Buna baxmayaraq, deyəsən ermənilərə oğurlamaq, öz adlarına çıxmaq üçün dövlət tərəfindən dəstək də verilir.

Adalet.az xəbər verir ki, Ermənistanın baş nazir Nikol Paşinyan “ermənilərə məxsus "qeyri- maddi dəyərlər”lə bağlı açıqlama verib:” Qeyri-maddi dəyərlərin reallaşdırılması prosesi aktivləşdirilməlidir. Bizə elə gəlir ki, hər gün belə itirilmiş maddi dəyərlərimiz yoxdur, çox yanılırıq. Allah nənələrimizin ruhunu nurlandırsın, ana və nənələrimizin vəfatı ilə kifayət qədər sənədləşdirilmədikdə qeyri-maddi dəyərlər yoxa çıxıb”.
Pşinyan sanki hayların 1813-28-ci illərdə Qafqaza köçməsindən xəbərsizdir və məxsus olduğu toplumdan “mədəni irs” gözləyir:“Regional səfərlər zamanı anladıq ki, mətbəximiz həm də qeyri-adidir, aktivdir. Biz ayrı-ayrı kəndlərə gedəndə insanlar öz mədəniyyətlərini, həyat tərzini təqdim edirlər, bəzən qonaqpərvərlik olur, sonra da tanış olmayan yeməklər görürük. Məsələn, 3 km aralıda bir restorana girəndə soruşuruq ki, sizdə bu yemək varmı, təəccüblə soruşurlar ki, bu nədir. Bu hadisələrdən sonra qrant və ya müsabiqə proqramının həyata keçirilməsinə qərar verilib ki, mütəxəssislər unikal yeməkləri qeydə alsınlar. Məqsəd arxivləşdirmək deyil, ictimai iaşə obyektləri ilə turizmin inkişafı baxımından əməkdaşlıq etməkdir ki, bu reseptləri öz menyularına daxil etsinlər”.

Qeyd edək ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov illər əvvəl açıqlamasında demişdi ki, erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş "Gənc aşpaz" kitabında 243 yemək resepti göstərilsə də, aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Onun sözlərinə görə, peşəkar aşpazın erməni tələbələr üçün yemək kitabı yazaraq erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməməsi ümumiyyətlə Ermənistan mətbəxinin saxtakarlıq üzərində qurulmasını göstərir. 
P.S. Demək ki, bunların oğurluq hadisələri hələ qabaqdadır. İndiyənə qədər olanlar, olacaqların yanında heç nədir.

Əntiqə Rəşid

Seçilən
83
adalet.az

1Mənbələr